Azərbaycan gələn il qeyri-neft ixracının təşviqinə 20 mln. manat xərcləyəcək

Azərbaycan gələn il qeyri-neft ixracının təşviqinə 20 mln. manat xərcləyəcək
# 17 dekabr 2019 16:55 (UTC +04:00)

Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirləri üçün xərclərə 20 mln. manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.

"APA-Economics" bu barədə gələn ilin təsdiqlənmiş dövlət büdcəsi göstəricilərinə istinadən xəbər verir.

Həmçinin gələn ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması üçün 15,5 mln. manat xərc nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 1 781,1 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR