Azərbaycan ötən il metal məmulatlarının istehsalını 12% artırıb

Azərbaycan ötən il metal məmulatlarının istehsalını 12% artırıb
# 21 yanvar 2020 18:23 (UTC +04:00)

Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2019-cu ildə 763,5 mln. manatlıq məhsul istehsal olunub ki, bu da 2018-ci illə müqayisədə 11,7% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 80% artım, metallurgiya sənayesində 9,5% azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 22 172,8 ton (96,7% çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR