Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib

Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib
# 27 aprel 2020 13:13 (UTC +04:00)

“Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.

Mərkəzi Bankdan APA-ya verilən məlumata görə, təyinat Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları əsasında edilib.

Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR