Azərbaycanda bank işçilərinin sayı apreldə 684 nəfər azalıb

Azərbaycanda bank işçilərinin sayı apreldə 684 nəfər azalıb
# 01 iyun 2020 12:23 (UTC +04:00)

Azərbaycanda bank işçilərinin sayı cari ilin aprel ayı ərzində 684 nəfər və ya 3,5% azalaraq mayın 1-nə 19 162 nəfər təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Hesabat dövründə bank filiallarının sayı 506-dan 467-yə, şöbələrin sayı isə 126-dan 117-yə enib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" ASC-nin və "Amrahbank" ASC-nin, 12 may 2020-ci il tarixindən etibarən isə "AGBank" ASC-nin və "NBCBank" ASC-nin lisenziyaları ləğv edilib.

Xatırladaq ki, hazırda ölkədə 28 bank, o cümlədən 2 dövlət, 26 özəl bank(13 xarici kapitallı bank) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR