Azərbaycanda növbəti 4 ildə ortalama inflyasiya 2,8% təşkil edəcək

Azərbaycanda növbəti 4 ildə ortalama inflyasiya 2,8% təşkil edəcək
# 22 dekabr 2020 13:05 (UTC +04:00)

Gələn il Azərbaycanda ortaillik istehlak qiymətləri indeksinin 3% artacağı proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Qeyd edilir ki, 2022-ci və 2023-cü illərdə ölkədə ortaillik inflyasiya səviyyəsinin 2,8% gözlənildiyi halda, 2024-cü ildə bu göstəricin 2,7%-ə enəcək. Beləliklə, 2021-2024-cü illərdə Azərbaycanda ortalama inflyasiya səviyyəsi 2,8%-ə bərabər olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Mərkəzi Bankın dekabrda yenilənmiş proqnozlarına görə, inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3,5-4% diapazonunda formalaşacağı gözlənilir.

Faktiki rəqəmlərə gəldikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda illik inflyasiya 2,8%, 2019-cu ildə isə 2,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR