Azərbaycanda sığorta yığımları 20%, ödənişləri isə 67% artıb

Azərbaycanda sığorta yığımları 20%, ödənişləri isə 67% artıb
# 30 aprel 2020 11:51 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirjkətləri tərəfindən 240 764,3 min manat sığorta haqqı yığılıb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu müddətdə şirkətlər tərəfindən 77 064,2 min manat həcmində ödəniş həyata keçirilib.

Hesabata əsasən, sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artıb, ödənişlər isə 66,7% artıb.

Bildirək ki, sığorta yığımlarının 160 517,8 min manatı və ya 66,7%-i könüllü, 80 246,5 min manatı və ya 33,3%-i icbari sığorta növlərinin payına düşüb.

Ödənişlərin isə 57 457,8 min manatını və ya 74,6%-ni könüllü, 19 606,4 min manatını və ya 25,4%-ni icbari sığorta növləri üzrə ödənişlər əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR