Azərbaycandakı banklar bugünkü valyuta hərracında 65 mln. dollara yaxın cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 65 mln. dollara yaxın cəlb edib
  • Clock-gray 12:34
  • calendar-gray 15 Oktyabr 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 64,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 2,9% və ya 1,8 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

APA-Economics

Digər xəbərlər