Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 26%-dən çox azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 26%-dən çox azalıb
# 15 yanvar 2021 17:29 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu il ilə müqayisədə 26,5% azalaraq 24 471 287,9 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycan xarici ölkələrə 13 740 567,63 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 10 730 720,22 min. dollar olub. Nəticədə, 3 009 847,4 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2019-cu il ilə müqayisədə 2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 49,6%, ixrac və idxal isə müvafiq olaraq 30% və 21,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR