Azərbaycanla ABŞ-ın mənfi ticarət saldosu yanvar-sentyabrda 19% azalıb

Azərbaycanla ABŞ-ın mənfi ticarət saldosu yanvar-sentyabrda 19% azalıb
  • Clock-gray 13:25
  • calendar-gray 26 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ABŞ-la apardığı ticarət mübadiləsinin həcmi 538,15 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk doqquz ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 12,30 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,70 mln. dollar və ya 31,7% azdır.

İdxalın həcmi isə 525,85 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 126,31 mln. dollar və ya 19,4% azalıb.

Nəticədə, hesabat dövründə 513,55 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 120,61 mln. dollar və ya 19% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər