"Bloomberg": Almaniya iqtisadiyyatı durğunluq dövrünü yaşayır

"Bloomberg": Almaniya iqtisadiyyatı durğunluq dövrünü yaşayır
# 15 oktyabr 2020 10:39 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin əsas iqtisadiyyatı sayılan Almaniya iqtisadiyyatı durğunluq dövrünə daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Almaniyadakı beş aparıcı tədqiqat institutunun proqnozuna istinadən yazır.

Bildirilir ki, koronavirus pandemiyasından sonra ölkədə ÜDM-in bərpa tempi yavaşlayır.

Ekspertlərin hesablamalarına görə, bu il Almaniya iqtisadiyyatı 5,4% azalacaq, növbəti 2021-ci ildə isə 4,7% artacaq. Bu proqnoz iqtisadçıların bu yaz təqdim etdiyi proqnozdan daha pisdir. Belə ki, daha öncə Almaniya iqtisadiyyatının 2020-ci ildə 4,2% enəcəyi, 2021-ci ildə isə 5,8% yüksələcəyi proqnozlaşdırılırdı.

Ötən gün Almaniya kansleri Anqela Merkel ölkə iqtisadiyyatının koronavirus pandemiyası ilə bağlı ikinci "lock down"a tab gətirməyəcəyini deyib: "Ümumiyyətlə, biz indi həlledici nöqtədəyik – əvvəllər etdiyimiz işin kifayət edib-etmədiyini qiymətləndirmək həqiqətən çətindir. Biz insanları epidemiya bölgələrdən lazımsız səyahətlərdən çəkinməyə çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR