Çinin xarici valyuta ehtiyatları dördillik maksimuma çatıb

Çinin xarici valyuta ehtiyatları dördillik maksimuma çatıb
# 07 dekabr 2020 15:02 (UTC +04:00)

Çinin xarici valyuta ehtiyatları noyabr ayında 50 mlrd. ABŞ dolları artaraq 3,178 trln. dollara çatıb ki, bu da 2016-cı ilin avqust ayından bəri ən yüksək göstəricidir.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Çin Xalq Bankının (Çinin Mərkəzi Bankı) açıqlamasında deyilir.

Bildirilir ki, ölkənin ehtiyatları son üç ayda ilk dəfə olaraq artım nümayiş etdirib, lakin qızıl aktivləri bu il azalıb və hazırda 110,4 mlrd. dollar təşkil edir.

Çinin Dövlət Valyuta İdarəsinin nümayəndəsi Vanq Çunyinq qeyd edib ki, ölkənin xarici valyuta ehtiyatları əsasən məzənnənin və aktivlərin qiymətinin dəyişməsi hesabına artıb. O əlavə edib ki, idarə Çinin valyuta bazarının əsasən sabit olacağını proqnozlaşdırır.

Xatırladaq ki, bu il ərzində Çin yuanının ABŞ dollarına qarşı məzənnəsi 6% artıb. Bu, Asiya valyutaları arasında ən yaxşı göstəricilərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR