DGK xətti ilə büdcə daxilolmaları 9% azalıb

DGK xətti ilə büdcə daxilolmaları 9% azalıb
# 09 oktyabr 2020 11:51 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 955 235,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azdır.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% azalaraq 741 012,4 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 6% azalaraq 2 083 381,9 min manata bərabər olub. Aksizlər üzrə cari ilin doqquz ayı ərzində daxilolmalar 48,7% azalaraq 103 347,7 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 27 493,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 16,4% azdır.

Bu ilin sentyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 309 934,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 17,7% az, bu ilin avqust ayı ilə müqayisədə isə 8,6% çoxdur.

Bu ilin sentyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11% azalaraq 93 331,1 min manat olub. Bu ilin avqust ayı ilə müqayisədə isə bu göstərici 18% artıb.

Həmçinin, cari ilin sentyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 20,6% azalaraq 199 808,2 min manat (bu ilin avqust ayı ilə müqayisədə 4% çox), aksizlər üzrə 20% azalaraq 13 440,8 min manat (avqust ilə müqayisədə 17,7% çox), yol vergisi üzrə daxilolmalar isə 3,4% azalaraq 3 354,5 min manat (avqust ilə müqayisədə 29,2% çox) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR