Dövlət büdcəsinin ötənilki kəsirinin qarşılanmasının mənbələri açıqlanıb

Dövlət büdcəsinin ötənilki kəsirinin qarşılanmasının mənbələri açıqlanıb
# 10 fevral 2021 17:52 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 737,1 mln. manat, ÜDM-in 2,4%-ni təşkil edib. Bu, proqnozlaşdırılan kəsir məbləğindən 1 631,1 mln. manat və ya 48,4% az olub.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, büdcə kəsirin qarşılanması müxtəlif mənbələrdən, o cümlədən 800,5 mln. manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 mln. manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 mln. manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 mln. manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.

Qeyd edək ki, operativ məlumatlara əsasən 2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 462,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 2 099,6 mln. manat və ya 9,4% çoxdur.

2020-ci ilin icmal büdcəsinin xərcləri 29 160,3 mln. manat olub ki, bu da 2019-cu illə müqayisədə 2 654,2 mln. manat və ya 10% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR