GUAM ölkələri arasında yeni saziş imzalanıb

GUAM ölkələri arasında yeni saziş imzalanıb
# 13 dekabr 2019 16:55 (UTC +04:00)

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) arasında vahid iqtisadi zonanın yaradılması və sərbəst ticarət haqqında razılaşmanın uzadılmasına dair saziş imzalanıb.

APA-Economics”in “Georgia Today”ə istinadən verdiyi məlumata görə, saziş Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən sammitdə GUAM-a üzv olan hökumət başçıları tərəfindən imzalanıb.

“Bu, GUAM dövlətlərinin bir-biri ilə sərbəst ticarət aparmalarına imkan verəcək vahid iqtisadi zonanın yaradılmasını hədəfləyən növbəti bir addımdır. Bu isə, Gürcüstan üçün prioritetdir. Belə ki, Gürcüstan bir çox dövlətlə sərbəst ticarət rejimindən istifadə edir və bu, bizim üçün vacib məsələdir”, - deyə Gürcüstanın Baş Nazirinin sözçüsü İrakli Çikovani deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR