İranın kapital bazarı kəskin artıb

İranın kapital bazarı kəskin artıb
# 01 iyul 2020 14:58 (UTC +04:00)

Dünyada davam edən koronavirus pandemiyası səbəbindən iqtisadi göstəricilərdə kəskin bir pisləşmə yaşanarkən, İranın kapital bazarı ciddi inkişafa nail olub.

İranın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, İranın səhm bazarı son üç ayda külli miqdarda təzə pul axını və investorların əhəmiyyətli dərəcədə artması fonunda inkişaf edir.

Qiymətli Kağızlar və Birja Təşkilatının idarəedici direktoru Həsən Qalibaf-Asl mart ayının sonlarında başlayan cari maliyyə ilinin ilk rübü ərzində 2,5 mlrd. ABŞ dolları təzə kapitalın səhmlərə axdığını bildirib. Qalibaf-Aslın verdiyi məlumata görə, bu rəqəm son maliyyə ili ərzində 1,5 mlrd. dollara çatan pul axını ilə müqayisədə heyrətamizdir. Üçüncü ay ərzində təkcə İran Fond Birjasında (IFB) təxminən 22,44 mlrd. dollar dəyərində 45,582 mlrd. qiymətli kağız satılıb.

IFB İranın dörd əsas birjasından biridir, digər üç birjada Tehran Birjası (TSE), İran Ticarət Birjası (IME) və İran Enerji Birjası (IRENEX) var. Keçən İran təqvim ili (19 Martda başa çatdı) ölkənin capital bazarı üçün çox məhsuldar bir dövr idi. Həmin dövrdə Tehran Birjasında hərracların dəyəri 2,6 qat artdı, İnvestisiyaların Qaytarılması (ROI) isə əvvəlki ildə 180%-ə çatdı.

Son illər İran kapital bazarında böyümə və inkişaf başlasa da, keçən il əslində ölkənin birjaları üçün çiçəklənmə dövrü idi. Keçən il kapital bazarında böyük uğur qazanmasına müxtəlif amillər təsir göstərdi. Əsas vacib amillər arasında, birjada lazımi tədbirlər görmək və treyderlər üçün daha yaxşı şəraitin yaradılması idi.

Digər amil, xarici valyuta, qızıl sikkə və əmlak bazarı kimi paralel bazarların, kapital bazarına sərmayə qoymağı investorlar üçün açıq şəkildə daha yaxşı və daha sərfəli seçim etməsidir. Hazırda koronavirusun yaranmasının yaratdığı iqtisadi vəziyyətə baxmayaraq, İran kapital bazarı cari İran ilində daha çox artım yaşayır.

Həsən Qalibaf-Asl ölkənin kapital bazarı tərəfindən cəzb olunan likvidlik miqdarının, cari İran təqvim ilinin ilk rübündə (20 mart – 20 iyun) təxminən 12 mlrd. dollar çatdığını açıqladı. Qeyd edək ki, təkcə vətəndaşlar deyil əcnəbilərin də investisiya etmək və böyüməkdə olan bazardan qazanc əldə etmək hüququ var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR