"Rabitəbank" ad günündə yeni kampaniyaya start verib ®

"Rabitəbank" ad günündə yeni kampaniyaya start verib ®
  • Clock-gray 13:18
  • calendar-gray 23 İyun 2020

“Rabitəbank” ASC yaranmasının 27-ci ilini xüsusi güzəştlərlə zəngin kampaniya elanı ilə qeyd edir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Rahat Bankçılıq” şüarını əsas tutaraq, müştərilərinin məmnunluğu üçün daim çalışan, müasir dövrün rəqəmsal bankçılıq tələblərini diqqət mərkəzində saxlayıb “Rabitəbank Mobil” tətbiqi və “RabitaBot” çatbotu ilə hər kəsin həyatını rahatlaşdıran bank, öz 27-ci yaşında da müştəri sevgisini qazanmağa sadiq qaldı. 27 ildir, xidmət göstərməyin qüruru ilə bank müştərilərinə xüsusi güzəştlərlə zəngin kredit kampaniyası elan edir:

“20+7 Kampaniya”sı çərçivəsində nağd pul krediti əldə etmək istəyən müştərilər üçün illik faiz dərəcəsinə 7% endirim təklif olunur. Bununla yanaşı, təklif olunan kredit məbləği üçün komissiya və sığortaya da 20% endirim şamil olunur. Kampaniya müddətində müştərilər 24 aya qədər maksimum 15 000 AZN, zaminsiz maksimum 10 000 AZN-dək nağd pul krediti əldə edə biləcəklər.

Güzəştlər bununla bitmir. Daha bir möhtəşəm imkan isə “Rabitəbank”la eyni ayda, yəni iyun ayında ad günü qeyd edən müştərilərə şamil olunur. İyunda ad günü qeyd edən şanslılar isə nağd pul krediti üzrə 0% komissiya, 0% sığorta haqqına sahib olacaqlar. Xüsusi güzəştli kredit məbləği üçün illik faiz dərəcəsi isə 16% olaraq endirilib.

“20+7 Kampaniya”sı 23 iyun – 31 iyul tarixlərini əhatə edəcək. Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün rabitabank.com saytını ziyarət etmək və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

“Rabitəbank” 27 illik fəaliyyəti ərzində bütün uğurlarının yazılmasında birbaşa rolu olan müştərilərinə xidmət etməkdən qürur duyur və təşəkkür edir.

APA-Economics

Digər xəbərlər