Rusiyada ÜDM istehsalı II rübdə 9,5% azalacaq - PROQNOZ

Rusiyada ÜDM istehsalı II rübdə 9,5% azalacaq - PROQNOZ
# 19 may 2020 15:36 (UTC +04:00)

Bu ilin II rübündə Rusiyada ÜDM istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə ən azı 9,5% azalacağı proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Interfax" agentliyi ölkənin İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu cür azalma templəri 1998-ci və 2008-2009-cu illərdəki böhranlar zamanı qeydə alınan anti-rekord göstəricilərlə müqayisə edilə bilər.

Vurğulanır ki, İqtisadi İnkişaf Nazirliyinin proqnozları ölkənin Mərkəzi Bankının gözləntilərindən daha bədbindir. Bankın proqnozlarına əsasən, bu ilin II rübündə Rusiya ÜDM-i 8% azalacaq, ilin yekunlarına görə isə azalma 4-6% səviyyəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR