Xarici investisiyar üçün dünyanın ən cəlbedici şəhərləri açıqlanıb - REYTİNQ

Xarici investisiyar üçün dünyanın ən cəlbedici şəhərləri açıqlanıb - REYTİNQ
# 15 fevral 2021 16:10 (UTC +04:00)

"fDi Intelligence" jurnalı birbaşa xarici investisiyalar üçün dünyanın ən cəlbedici şəhərlərinin reytinqini hazırlayıb.

"APA-Economics"in "fDi"ın "Global City of the Future 2021/22" adlı hesabatına istinadən verdiyi məlumata görə, dünyanın xarici investisiyalar üçün ən cəlbedici şəhəri Sinqapur seçilib. Şəhərin iqtisadi potensialı, yüksək texnologiyalara yönümlülüyü və uyğunluğu və biznes mühitin əlverişli olması ona birinci yeri təmin edib. 2015-2020-ci illərdə təkcə tədqiqat və inkişaf sahəsinə bu şəhər xaricdən 210 mln. ABŞ dolları cəlb edib və bu, rekord göstəricidir. Reytinqin ikinci pilləsində Böyük Britaniyanın paytaxtı London şəhəri qərarlaşıb. Araşdırmaya görə, 2015-2020-ci illərdə sözügedən şəhər 2,6 mlrd. dollar dəyərində investisiya cəlb edib. Şəhərin güclü tərəfi kimi, təhsil infrastrukturu göstərilir.

İlk üçlüyü qapadan BƏƏ-nin Dubay şəhəridir. Şəhər son reytinqdən bəri üç pillə irəliləyərək hazırkı mövqeyinə yüksəlib. Əlverişli vergi sistemi, azad iqtisadi zonalar və yüksək təhsilli işçi qüvvəsi birbaşa xarici investisiyaların axınını artırır və gələcək illər üçün proqnozu yüksək saxlayır.

Birbaşa xarici investisiyalar üçün dünyanın ən cəlbedici şəhərlərinin reytinqi:

#

Şəhər

Ölkə

1

Sinqapur

Sinqapur

2

London

Böyük Britaniya

3

Dubay

BƏƏ

4

Amsterdam

Niderland

5

Dublin

İrlandiya

6

Honkonq

Honkonq

7

Nyu-York

ABŞ

8

Şanxay

Çin

9

Paris

Fransa

10

Tokio

Yaponiya

11

Pekin

Çin

12

Əbu-Dabi

BƏƏ

13

Banqalor

Hindistan

14

Münhen

Almaniya

15

Vrotslav

Polşa

16

Sürix

İşveçrə

17

Toronto

Kanada

18

Seul

Cənubi Koreya

19

Hyuston

ABŞ

20

Varşava

Polşa

21

Çikaqo

ABŞ

22

Moskva

Rusiya

23

San-Fransisko

ABŞ

24

Vilnüs

Litva

25

Monreal

Kanada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR