Azərbaycanın Baş Naziri Londonda Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Azərbaycanın Baş Naziri Londonda Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
# 22 noyabr 2019 18:34 (UTC +04:00)

Azərbaycanın Baş Naziri Əli Əsədov Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolsonla görüşüb.

APA-nın London bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın Baş Naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR