Deputat: “Gələn il üçün dövlət büdcəsinin 39,5 faizi sosial layihələrə yönələcək”

Deputat: “Gələn il üçün dövlət büdcəsinin 39,5 faizi sosial layihələrə yönələcək”
  • Clock-gray 17:51
  • calendar-gray 12 Noyabr 2019

“2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən indiyədək ən böyük büdcədir”. 

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib. 

O bildirib ki, 2020-ci ildə bütün ölkə üzrə vacib layihəyə start veriləcək: “Yəni, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq. Həmçinin, gələn ilin dövlət büdcəsində sosial xərclərə, təqaüdlərin, pensiya və müavinətlərin verilməsinə görə kifayət qədər vəsait ayrılıb. Təsadüfi deyil ki, 2020-ci ilin dövlət büdcəsindən 39,5 faizdən çox vəsait sosial layihələrə, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönələcək. Bundan əlavə, gələn ilin dövlət büdcəsində sosial obyektlərin tikintisi və təmiri də nəzərdə tutulub. Ona görə də hesab edirəm ki, gələn ilin dövlət büdcəsini sosial büdcə kimi də təqdim edə bilərik”.

Deputat qeyd edib ki, Azərbaycanın iqtisadi, hərbi gücünün artması bəzi qüvvələri narahat edir: “Ona görə də bəzi qüvvələr Azərbaycanın bugünkü inkişafından qıcıqlanır. Biz bu işdə Prezident İlham Əliyevə dəstək olmalıyıq və cənab Prezidentin həyata keçirdiyi sosial-iqtisadi, kadr və digər islahatları dəstəkləməliyik, öz töhfələrimizi verməliyik”.


 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date