Dünya Bankı: Bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8,5%-nə bərabər olacaq

Dünya Bankı: Bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8,5%-nə bərabər olacaq
# 09 oktyabr 2019 16:09 (UTC +04:00)

Dünya Bankı 2019-2021-ci illər üzrə Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabında dair yenilənmiş proqnozunu açıqlayıb.

"APA-Economics"in bankın dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 8,5%-i qədər profisitin olacağını proqnozlaşdırır. Bank 2020-ci ildə bu göstəricinin ÜDM-in 6,2%-i qədər, 2021-ci ildə isə 5%-i qədər olacağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10%-i səviyyəsində olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR