Əli Əsədov: “Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”

Əli Əsədov: “Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”
# 09 aprel 2020 11:35 (UTC +04:00)

“Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş Nazir bildirib ki, işsizliyin səviyyəsi isə ən aşağı - 4,8% olub: “Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub, bu da ÜDM-in 18,9%-i deməkdir. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR