Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edilib

Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edilib
# 09 avqust 2019 18:01 (UTC +04:00)

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasına görə yeni cərimə müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Beləliklə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR