Bakıda ər arvadını bıçaqlayaraq ona xəsarət yetirib

Bakıda ər arvadını bıçaqlayaraq ona xəsarət yetirib
# 06 yanvar 2020 22:14 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR