Belarusda koronavirusa yoluxanların sayı 1486 nəfərə çatıb, 16 nəfər ölüb

Belarusda koronavirusa yoluxanların sayı 1486 nəfərə çatıb, 16 nəfər ölüb
# 09 aprel 2020 12:10 (UTC +04:00)

Son sutka ərzində Belarusda koronavirusa yoluxanların sayı 420 nəfər olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla da ölkədə yeni növ koronavirusa yoluxanların sayı 1486 nəfərə çatıb.

Son sutka ərzində daha üç xəstə vəfat edib.

Belarusda COVİD-19-dan ölənlərin sayı 16 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR