Britaniyada son sutkada 333 nəfər koronavirusdan ölüb

Britaniyada son sutkada 333 nəfər koronavirusdan ölüb
# 08 fevral 2021 20:50 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 333 nəfər koronavirusdan həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 112 798 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 14 104 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 959 784 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR