Deputatın seyfindən 22 milyon rubl oğurlayan model 4 il müddətinə həbs edilib

Deputatın seyfindən 22 milyon rubl oğurlayan model 4 il müddətinə həbs edilib
# 18 avqust 2020 06:18 (UTC +04:00)

Moskvanın Presnenski Məhkəməsi model Olqa Sintyureva və əlbir olduğu İbrahim Dudayevi Dövlət Dumasının deputatı (Rusiya Liberal Demokrat Partiyasından seçilib) Sergey Jiqarevin seyfindən 22 milyon rubl oğurlamaqda təqsirli bilərək, 4 il həbs cəzasına məhkum edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Lela Kokaya bildirib.

Onun sözlərinə görə, cəza modelin övladı 14 yaşına çatdıqdan sonra tətbiq olunacaq: "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü hissəsinin "b" bəndinə (oğurluq) əsasən, onların hər ikisi cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR