Ermənistanda iki hərbçi itkin düşüb

Ermənistanda iki hərbçi itkin düşüb
# 22 mart 2021 15:26 (UTC +04:00)

Ermənistanda iki hərbi qulluqçu itkin düşüb.

APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müqaviləli iki hərbçi qulluqçu martın 21-də güclü çovğunda döyüş məntəqəsindən qayıdarkən onlarla əlaqə itib.

“Davam edən çovğun dünəndən başlayan axtarış-xilasetmə işlərinə maneçilik törədir. Bununla belə, hərbçilərin tapılması üçün bütün lazımı tədbirlər görülür”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl erməni mətbuatında Cermuk şəhərindəki hərbi hissələrdən birində xidmət edən Karen Şahnazaryan və Aqasi Ohannisyanın martın 21-də saat 15.00 radərində itkin düşdüyü barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR