Ermənistanda koronavirusdan ölənlərin sayı 3147 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 3147 nəfərə çatıb
# 15 fevral 2021 10:59 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 88 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 255, xəstəlikdən ölənlərin sayı isə 3147 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR