Gürcüstanda ictimai nəqliyyatdan istifadə iyulun 15-dək məhdudlaşdırılıb

Gürcüstanda ictimai nəqliyyatdan istifadə iyulun 15-dək məhdudlaşdırılıb
  • Clock-gray 23:26
  • calendar-gray 23 May 2020

 

Gürcüstanda ictimai nəqliyyatdan istifadəyə tətbiq edilən məhdudiyyətin vaxtı iyulun 15-dək uzadılıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb. 

Bildirilib ki, müvafiq qərar bir qədər öncə Gürcüstan hökuməti tərəfindən qəbul edilib. 

Qeyd edək ki, martın 31-dən etibarən  Gürcüstanda  koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

 

Səid Babazadə

Digər xəbərlər