İraqda ABŞ ordusunun hərbi maşın karvanı yaxınlığında partlayış törədilib

İraqda ABŞ ordusunun hərbi maşın karvanı yaxınlığında partlayış törədilib
# 11 fevral 2020 07:04 (UTC +04:00)

Bağdadın cənubunda ABŞ qoşunlarının hərbi maşın karvanı yaxınlığında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində heç kim yaralanmayıb, yalnız maddi ziyan dəyib.

“Al Sumariya” telekanalı bildirir ki, maşın karvanının yaxınlığında kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR