İrəvanda hərbi universitetin yaxınlığında atışma olub

İrəvanda hərbi universitetin yaxınlığında atışma olub
# 07 dekabr 2020 22:11 (UTC +04:00)

Dekabrın 7-də İrəvanda atışma baş verib.

APA news.am-a istinadən xəbər verir ki, paytaxtın Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzi məlumat yayıb.

Hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında olub.

Polis əməkdaşları hadisə yerində avtomat və tapançadan atılan iyirmidən çox patron və üstündə qan izləri olan taxta dəyənək tapıblar.

Hərbi universitetin daş hasarında da müvafiq izlər aşkarlanıb. Hazırda polis hadisəni törədənləri tapmaq məqsədilə bütün xəstəxanaları məlumatlandırıb.

Faktla bağlı cinayət işi başlanıb.

"Sputnik-armenia"nın məlumata görə, baş vermiş hadisə nəticəsində güllə yarası alan İrəvan sakini, 29 yaşlı Qurqen P.-nin xəstəxanaya aparıldığı məlum olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR