Kreml: Bu il Qələbə Paradı adi formatda keçiriləcək

Kreml: Bu il Qələbə Paradı adi formatda keçiriləcək
# 19 mart 2021 14:00 (UTC +04:00)

Moskvanın Qızıl Meydanında 9 may Qələbə Paradı bu il adi formatda keçiriləcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, paradda tamaşaçıların iştirakı məsələsi ilə bağlı qərarın epidemioloji vəziyyətdən asılı olaraq veriləcəyini qeyd edib.

Kremlin sözçüsü ölkədə koronavirusla bağlı dinamikanın nikbinlik yaratdığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qələbə Paradının keçiriləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR