Kreml: Dnestryanıda status-kvonun dəyişməsi qeyri-sabitliyə səbəb ola bilər

Kreml: Dnestryanıda status-kvonun dəyişməsi qeyri-sabitliyə səbəb ola bilər
  • Clock-gray 14:17
  • calendar-gray 30 Noyabr 2020

Dnestryanıda status-kvonun dəyişməsi qeyri-sabitliyə səbəb ola bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı mövzusunu və qəfil hərəkətlərin olmasını müzakirə etməyə ümid edir: “Rusiya çox vacib funksiyaları icra edir. Sözsüz ki, beynəlxalq hüququn ruhuna və hərfinə əsaslanan status-kvonun dəyişməsi əlbəttə ciddi qeyri-sabitliyə gətirib çıxara bilər. Ona görə də ümid edirik ki, hər şey müzakirə olunacaq və bu planda hansısa qəfil hərəkətlər edilməyəcək”.

Qeyd edək ki, Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını Rusiya rəhbərliyi ilə müzakirə etmək niyyətində olduğunu bəyan edib.

Fərid Əkbərov

Digər xəbərlər