Kreml Lavrovun Aİ ilə bağlı bəyanatına münasibət bildirib

Kreml Lavrovun Aİ ilə bağlı bəyanatına münasibət bildirib
# 12 fevral 2021 15:33 (UTC +04:00)

Kreml Rusiya xarici işlər naziri Sergey Lavrovun “Moskva Avropa İttifaqı ilə münasibətləri kəsməyə hazırdır” bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Avropa İttifaqı tərəfindən qeyri-dostcasına təzahürlərə hazır olmalı olduğunu, lakin Aİ ilə münasibətləri inkişaf etdirmək istədiyini söyləyib.

“Kütləvi informasiya vasitələri Lavrovun sözlərinə sensasiyalı başlıq qoyaraq məzmundan kənar verirlər. Bu, KİV-in böyük səhvidir. Bu, məhz mənanı dəyişən səhvdir. Məna ondadır ki, biz Avropa İttifaqı ilə əlaqələrin kəsilməsini istəmirik. Biz Aİ ilə münasibətlərin inkişafını istəyirik. Əgər Avropa İttifaqı bu yolla getsə, yəni Rusiya iqtisadiyyatı üçün risklər yaradan sanksiyalar tətbiq etsə, o zaman onda biz hazır olacağıq. Ona görə ki, ən pisinə hazır olmaq lazımdır. Nazir bunu deyib. Ancaq mənanı təhrif edib, bu sensasiyalı başlığı elə şəkildə veriblər ki, Rusiya az qala özü Avropa İttifaqı ilə münasibətləri kəsmək təşəbbüsünü irəli sürəcək”, - deyə D. Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR