Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra “İsgəndər” raketlərinin effektivliyi ilə bağlı onun yanlış məlumatlandırılması qənaətinə gəlməsindən məmnundur.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir”, - deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan N. Paşinyanın Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırıldığını və bu məsələnin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunduğunu bildirib.