Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib

Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
  • Clock-gray 19:14
  • calendar-gray 01 Dekabr 2020

"Dnestryanıdakı silah-sursat anbarları üzərində Rusiya hərbçilərinin nəzarətinə son qoyulması ciddi insidentlərə səbəb ola bilər".

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələri XİN başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib. 

O, Rusiya sülhməramlılarının Moldova və Ukraynadakı olduğu kimi ATƏT-in təsdiqlədiyi 5+2 qrupunun qərarına müvafiq olaraq münaqişə zonasında olduğunu xatırladıb: “Onlar hər şeydən öncə bu regionda sabitliyin dəstəklənməsi vəzifəsini yerinə yetirirlər, hansı ki, bu, orada qanlı münaqişənin hansısa yeni partlayışı olmaması üçün prinsipial dərəcədə vacibdir”. 

Lavrov Kolbasnadakı silah-sursat anbarlarını mühafizə edən ikinci Rusiya hərbçiləri qrupunun, birləşmiş qoşunlar qrupunun olduğunu da xatırladıb: “Bu anbarlar elə vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə səbəb ola bilər”.

Fərid Əkbərov

Digər xəbərlər