Lavrov: “Rusiya və Aİ arasında münasibətlər normal deyil”

Lavrov: “Rusiya və Aİ arasında münasibətlər normal deyil”
  • Clock-gray 13:03
  • calendar-gray 05 Fevral 2021

“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşündə deyib. 

“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır. Bu, əlbəttə ki, qeyri-sağlam vəziyyətdir və heç kəsə xeyir gətirmir. Biz bugünkü danışıqlar zamanı sizin bütün suallarınızı cavablandırmağa hazırıq. Çalışacağıq ki, sizi məyus etməyək”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi C. Borrell Rusiyaya iki günlük səfərə gəlib. Hazırda Rusiya XİN-in Qəbullar Evində onun Sergey Lavrovla ikitərəfli görüşü keçirilir.

Fərid Əkbərov

Digər xəbərlər