"Tam orta təhsil səviyyəsində şagirdlərin ali təhsil müəssisələrinə hazırlığının təmin edilməsi ilə bağlı layihə həyata keçirilir".
APA xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
O qeyd edib ki, yeni təmayüllü tədris modeli çərçivəsində ötən tədris ilində 14 müəssisədə tətbiq edilən layihə yeni tədris ilində artıq 90 müəssisədə davam etdiriləcək:
"Bu 14 müəssisə üzrə nəticələr də kifayət qədər müsbət olub. Belə ki, 95 faiz qəbul nəticəsi əldə edilib və təxminən 400 şagirdin nəticəsi yüksək göstərici ilə qeydə alınıb. Bu il yeni 90 məktəb elan edilib və qısa müddət ərzində layihədə iştirakla bağlı 20 minə yaxın valideyn müraciət edib".