“Anthropic” şirkəti “Claude” süni intellekt modelinin kibertəhlükəsizlik sınağı zamanı səhvən açıq internetə çıxaraq üçüncü tərəfə məxsus sistemə daxil olduğunu və şəxsi məlumatlara çatdığını açıqlayıb.
APA xəbər verir ki, şirkətin məlumatına görə, hadisə yanvar ayında keçirilən kibertəhlükəsizlik simulyasiyası zamanı baş verib.
Modelin internetdən təcrid olunmuş mühitdə işləməsi nəzərdə tutulsa da, konfiqurasiya xətası səbəbindən internetə çıxış açıq qalıb.
“Claude” əvvəlcə nəzərdə tutulan məqaləyə çatmağa çalışsa da, buna nail olmayıb. Daha sonra başqa bir sistem aşkar edən model şifrəni taparaq sistem parametrlərini dəyişdirib.
“Anthropic” bildirib ki, bu hadisə gələcəkdə süni intellekt sistemlərinin yarada biləcəyi təhlükələr baxımından ciddi xəbərdarlıqdır.