Lavrov: “ABŞ-la münasibətlərin normallaşdırılması ilə bağlı təklifimiz qüvvədədir”

Lavrov: “ABŞ-la münasibətlərin normallaşdırılması ilə bağlı təklifimiz qüvvədədir”
# 23 dekabr 2019 14:35 (UTC +04:00)

"ABŞ-la münasibətlərin normallaşdırılması ilə bağlı Rusiyanın təklifi qüvvədədir, top Amerikanın tərəfindədir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən "Hökumət saatı"nda çıxışında bildirib.

“Dəfələrlə demişik ki, qarşılıqlı hörmət və maraqları gözləməklə təmasların dəstəklənməsinə hazırıq. Moskva və Vaşinqton arasında praqmatik əməkdaşlıq beynəlxalq həyatın stabilliyi üçün tələb olunur. Bizim təklifimiz yaxşı məlumdur, top Amerikadadır", - deyə Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR