Minskdə orta məktəbdə kütləvi zəhərlənmə olub

Minskdə orta məktəbdə kütləvi zəhərlənmə olub
  • Clock-gray 08:13
  • calendar-gray 21 Noyabr 2020

Belarusun paytaxtı Minskdə 61 nömrəli məktəbdə uşaqların kütləvi zəhərlənməsi baş verib. Nəticədə 16 uşaq xəstəxanaya yerləşdirilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Minskdəki uşaq yoluxucu xəstəliklər xəstəxanasına 17 uşaq qəbul edilib. Xəstəxanaya müraciət edən uşaqlardan biri həkim müayinəsindən keçdikdən və ilkin tibbi yardım göstərdikdən sonra valideynləri tərəfindən evə aparılıb”, - məlumatda belə deyilir.

Belarus İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, məktəblilərin zəhərlənməsi faktı ilə bağlı sanitariya və epidemiya tələblərinin pozulması, insanların zəhərlənməsinə səbəb olması maddəsi ilə cinayət işi başlanılıb. Bildirilir ki, uşaqlar məktəbin yeməkxanasında yemək yeyəndən sonra özlərini pis hiss ediblər və kömək üçün tibb işçilərinə müraciət olunub.

Minsk Şəhər İcraiyyə Komitəsinin mətbuat xidməti ümumilikdə təxminən 280 şagirdin tibbi yardım üçün həkimə müraciət etdiyini bildirib.

apa-logo-mini

Digər xəbərlər