Moskvada son sutkada 5997 nəfər COVID-19-a yoluxub, 70 nəfər bu virusdan ölüb

Moskvada son sutkada 5997 nəfər COVID-19-a yoluxub, 70 nəfər bu virusdan ölüb
  • Clock-gray 04:27
  • calendar-gray 13 Noyabr 2020

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 70 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7643-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 491 542 insanda koronavirus aşkar olunub, onlardan 5997 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 354 705 xəstə sağalıb.

apa-logo-mini

Digər xəbərlər