Moskvada son sutkada koronavirusdan 27 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 27 nəfər ölüb
# 05 oktyabr 2020 01:50 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 27 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5370 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 29 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR