Putin Belarusda Rusiyanın "Vaqner" qrupunun üzvlərinin saxlanılmasını Ukrayna və ABŞ-ın birgə əməliyyatı adlandırıb

Putin Belarusda Rusiyanın "Vaqner" qrupunun üzvlərinin saxlanılmasını Ukrayna və ABŞ-ın birgə əməliyyatı adlandırıb
  • Clock-gray 15:44
  • calendar-gray 27 Avqust 2020

Rusiya Prezidenti Vladimir Putin Belarusda Rusiya vətəndaşlarından ibarət qrupun saxlanılmasını Ukrayna və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatı adlandırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə V. Putin “Rossiya 1” kanalının jurnalisti Sergey Brilyova müsahibəsində bildirib.

“İndi bu məlumdur. Bu, xüsusi xidmət orqanlarının aksiyasıdır. Qaranlıq insanları Belarus ərazisində yerləşdirmək üçün istifadə ediblər... Sadəcə olaraq onları Belarus ərazisinə sürükləyiblər və seçki kampaniyası dövründə vəziyyəti sarsıtmaq üçün mümkün zərbə qüvvəsi kimi təqdim ediblər. Hansı ki, bu, tamamilə yalandır. İnsanlar üçüncü ölkəyə işə gediblər. Onları, sadəcə, şirnikləndirib sərhəddən o tərəfə aparıblar. Yeri gəlmişkən, bizim sərhədçilər onları buraxmayıblar. Onlar geri qayıda bilməzdilər. Lakin saxta sənədlərlə onları içəri sala biliblər. Bu, Ukrayna və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatıdır. Bu prosesin bir sıra iştirakçıları və ya müşahidəçiləri, yaxşı məlumatlı insanlar bunu hətta gizlətmirlər", - deyə Putin bəyan edib.

Xatırladaq ki, bu il iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

Fərid Əkbərov

Digər xəbərlər