Putin: "Prezident səlahiyyətlərinin Təhlükəsizlik Şurası və Dövlət Şurası arasında bölüşdürülməsi təhlükəlidir"

Putin: "Prezident səlahiyyətlərinin Təhlükəsizlik Şurası və Dövlət Şurası arasında bölüşdürülməsi təhlükəlidir"
# 10 mart 2020 17:11 (UTC +04:00)

"Təhlükəsizlik Şurası və Dövlət Şurası birbaşa olaraq xalq tərəfindən seçilmir. Onlar arasında prezident xarakterli ciddi səlahiyyətlərin bölüşdürülməsi fikrimcə, düzgün deyil".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.

Putin qeyd edib ki, prezident xarakterli ciddi səlahiyyətlərin Təhlükəsizlik Şurası və Dövlət Şurası arasında bölüşdürülməsi təhlükəlidir: “Birincisi, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur, ikincisi də bu, cəmiyyətin parçalanmasına gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR