Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Ermənistana səfər edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru  Ermənistana səfər edib
# 18 dekabr 2020 11:07 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Ermənistana səfər edib.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, Aleksandr Bortnikov bu gün səhər saatlarında Yerevana gedib.
Daha əvvəl Ermənistanın "Hraparak" qəzeti A. Bortnikovun Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyanın dəvəti ilə Ermənistan paytaxtına gələcəyini yazmışdı.
A. Bortnikovun Yerevandan Bakıya səfər edəcəyi bildirilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR