Rusiyada bankı qarət etmək istəyən şübhəli şəxs saxlanılıb

Rusiyada bankı qarət etmək istəyən şübhəli şəxs saxlanılıb
# 12 mart 2021 05:20 (UTC +04:00)

Rusiyanın Rostov vilayətinin Rostov-Don şəhərində bankı qarət etmək cəhdində şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, cinayətin üstü isti izlərlə açılıb. Məlum olub ki, bankı qarətə cəhdə şübhəli bilinən şəxs 31 yaşlı Rostov sakinidir.

Xatırladaq ki, cümə axşamı naməlum şəxs Rostov-Donun Jeleznodorojnı rayonunda yerləşən bank binasına girib xəzinədarı təhdid edərək ondan pul tələb edib və hadisə yerini tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR