Rusiyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfəri ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfəri ötüb
# 08 dekabr 2020 12:31 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 26 097 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 515 009 nəfərə çatıb.

Son sutka ərzində 562 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 44 159 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR