Rusiyada koronavirusdan ölənlərin sayı 73 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 73 mini ötüb
# 31 yanvar 2021 11:46 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 359 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 850 439 nəfərə çatıb.

Son sutka ərzində 485 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 73 182 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR